Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hüquqi baza formalaşdırıldıqdan sonra yerli bazarda da sukuk alətini emissiya etmək mümkün olacaq

22.10.2026 [12:51]

Xəbərin mətni

İslam maliyyəsi bu gün beynəlxalq maliyyə sisteminə ciddi şəkildə inteqrasiya olunub. Əgər əvvəllər İslam maliyyəsi yalnız regional coğrafiyanı əhatə edirdisə, hazırda London, Nyu-York və Asiya birjaları kimi bir sıra beynəlxalq maliyyə mərkəzlərində kifayət qədər İslam maliyyə alətlərinin emissiya olunduğunu görürük. Bunu “PAŞA Kapital”ın baş icraçı direktoru İsi Mustafayev 3-cü İslam Maliyyə Forumunda çıxışı zamanı bildirib.