Reza Deqati: Parisdə Polis gözyaşardıcı qazdan istifadə etməyə başlayanda ərazi müharibə meydanına döndü
23.10.2026 [08:00]
Müharibələr, iğtişaşlar və insan taleləri... Fransada son günlərdə baş verən iğtişaşlar zamanı çəkilən yüzlərlə foto arasında bir kadr hadisələrin mahiyyətini ifadə edən simvolik görüntüyə çevrilib. Gözlərindən yaş axırmış kimi görünən heykəlin fotosu sosial şəbəkələrdə, jurnallarda və BBC də daxil olmaqla, müxtəlif media orqanlarında yayımlanıb. İnsanların qaçışını, dağıntıları və qarşıdurmaları əks etdirən fotolar arasında məhz bu kadr özünəməxsusluğu ilə seçilib. Fotoda həmin heykəl, onun arxasındakı divarda fransız dilində yazılmış “Azadlıq” sözü və iğtişaşçılardan biri eyni kadrda əks olunub. Həmin simvolik fotonun müəllifi, tanınmış fotojurnalist Reza Deqati kadrın çəkilmə tarixçəsi və Fransada şahidi olduğu anlarla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.