Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk nazir: İnnovativ proqram təminatı və tətbiqlər vasitəsilə xidmətin keyfiyyətini yüksəltməyi hədəfləyirik

23.10.2026 [12:30]

Xəbərin mətni

Güclü sosial müdafiə sistemi yalnız insanların təhlükəsizliyini təmin etməklə kifayətlənməməli, eyni zamanda, ehtiyacların düzgün müəyyənləşdirilməsini, dövlət resurslarından ədalətli, səmərəli və hesabatlı şəkildə istifadə olunmasını da nəzərdə tutmalıdır. Bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.