Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Mehdiyev: Əlçatanlığın artırılması məqsədilə yeni layihə və xidmətlərin istifadəyə verilməsi mühüm yanaşmalardandır

23.10.2026 [13:44]

Xəbərin mətni

Hazırda 52 dövlət Azərbaycanın “ASAN xidmət” modelinin təcrübəsini öyrənir. ASAN təcrübəsinin tətbiqi ilə dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb və bu mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyona yaxındır. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.