BSTA-nın Baş katibi: Rəqəmsal transformasiya sosial təminat qurumlarının fəaliyyətini dəyişdirir
23.10.2026 [17:58]
Xəbərin mətni
Rəqəmsal transformasiya sosial təminat qurumlarının fəaliyyətini köklü şəkildə dəyişdirir. Süni intellekt, məlumatlara əsaslanan həllər və rəqəmsal dövlət xidmətləri sosial təminat xidmətlərini daha əlçatan, çevik, inklüziv və insanmərkəzli etmək üçün mühüm imkanlar yaradır. Bunu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Marcelo Abi-Ramia Caetano Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda videomüraciəti zamanı deyib.