Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hicran Hüseynova: Kitab sərgiləri gənc nəslin mütaliəyə marağını artırır

26.10.2026 [18:24]

Xəbərin mətni

Bu cür beynəlxalq kitab sərgilərinin təşkili olduqca böyük əhəmiyyət daşıyır. Xüsusilə valideynləri ilə birlikdə sərgiyə gələn uşaqları görmək sevindirici haldır. Burada yaranan xoş ab-hava, uşaqların kitablara göstərdiyi maraq gənc nəslin mütaliəyə həvəsləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.