Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır
04.11.2026 [16:07]
Xəbərin mətni
Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Əlbəttə ki, bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə, böyük ehtimalla neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük. Lakin fiskal çərçivənin qorunması, ortamüddətli dövr üzrə vahid fiskal intizamın və proqnozlaşdırmanın tətbiqi üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutmuşuq. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.