Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib
04.11.2026 [17:17]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərin bərpasına 2020–2026-cı illərdə büdcədən 26 milyard manata yaxın vəsait yönəldilib. İndi növbəti vəzifə Böyük Qayıdışın iqtisadi bazasını — istehsalı və iş yerlərini artırmaqdır. Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.