Bakıda “Novruz naxışı”
19.03.2016 [21:44]
Xəbərin mətni
Son zamanlar yenilikləri ilə xanımların zövqünü oxşayan “Naxış” atelyesi bu dəfə də ənənəsinə sadiqdir. Belə ki, martın 19-da “Port Baku Mall”da “Naxış” atelyesinin “Novruz naxışı” adlı dəfiləsini görməyə gələnlərin sayı gözləniləndən qat-qat çox idi. Hər zaman fərqli və yeni modalara üstünlük verən xanımlarımıza atelye budəfəki dəfiləsində 2016-cı ilin yaz-yay kolleksiyasını təqdim edib.