MƏDƏNİYYƏT


Qədim yurd yerlərimiz: Naxçıvanqala

"Naxçıvanqala" tarix-memarlıq muzey kompleksi Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-59-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunub.