Qəzəlxan Əliağa Vahidi xatırlayırıq
17.02.2019 [10:51]
Füzuli ənənələrinin davamçısı olan müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahid 17 fevral 1895-ci ildə dünyaya gəlib. O, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini də Azərbaycan dilinə tərcümə edib. Şair-qəzəlxan Əliağa Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.