Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayı azalıb

07.05.2016 [15:11]

Bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 83 minə yaxın abituriyentin ərizəsi təsdiqlənib. Ötən ilki statistikaya nəzər yetirsək rəqəmlərdə azalma müşahidə edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Xanlar Xanlarzadə AZƏRTAC-a müsahibəsində bu azalmanın səbəblərini izah edib.