“Formula-1” Avropa Qran-prisi könüllülərinin məkan üzrə təlimi təşkil olunub
09.06.2016 [14:26]
Xəbərin mətni
İyunun 9-da Bakı Biznes Mərkəzində “Formula-1” Avropa Qran-prisi könüllülərinin məkan üzrə təlimi təşkil olunub. AZƏRTAC xəbər verir ki, “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən keçirilən təlimə 300-dək könüllü qatılıb.