AVRO-2016: İtaliya yığması İsveç millisini məğlub etdi YENİLƏNİB
17.06.2016 [17:40]
Xəbərin mətni
Avropa Çempionatında bu günün oyunları start götürüb. İtaliya yığması ilə İsveç millisi qarşılaşıb. Oyunun 88-ci dəqiqəsində Kyellinin ötürməsindən sonra sürətlə isveçlilərin cərimə meydançasına daxil olan Eder gözəl zərbə ilə hesabı açıb – 1:0. Bu qolla İtaliya səkkizdəbir finalda oynamaq hüququnu rəsmiləşdirib.