AVRO-2016: İslandiya səkkizdəbir finala vəsiqə qazandı
22.06.2016 [22:30]
Avropa Çempionatının qrup mərhələsinin 3-cü turunda İslandiya Avstriya ilə qarşılaşdı. İslandiyanın futbolçusu Bovardsson 18-ci dəqiqədə hesabı açdı. Avstriya futbolçusu Şöef 60-cı dәqiqәdə hesabı bərabərləşdirdi. İslandiya futbolçusu Taustason 90+5-ci dəqiqəsində daha bir qol vurdu və hesab 2:1 islandiyalıların xeyrinə bitdi.