İDMAN


AVRO-2016: İsveçrə - Polşa 4:5 YENİLƏNİB

Bu gün Avropa Çempionatının 1/8 final mərhələsinə start verilİdi. Günün ilk oyunu İsveçrə - Polşa yığmaları arasında başladı. Polşa futbolçusu Blaşikovski 39-cu dəqiqədə fərqləndi. İlk hissə 0:1 hesabı ilə Polşa yığmasının xeyrinə bitdi. İkinci hissədə isə İsveçrə hesabı bərabərləşdirdi. Şakiri 82-ci dəqiqədə fərqləndi. Əlavə vaxtda da qalib müəyyənləşmədi. Penalti seriyasında isə Polşa yığması 5:4 hesabı ilə qələbə qazandı.