İDMAN


Amerika kubokunun qalibi Çili millisi oldu

Futbol üzrə Amerika kubokunun finalında Çili və Argentina komandaları qarşılaşıblar. Matçın əsas və əlavə vaxtında komandaların heç biri qol vura bilməyib. Qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri təyin olunub. Penalti seriyasını daha sərrast yerinə yetirən Çili yığması rəqibinə 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun sahibi olub.