İDMAN


AVRO-2016: Portuqaliya millisi yarımfinala vəsiqə qazandı YENİLƏNİB

Bu gün Avropa Çempionatında ¼ final mərhələsinə start verildi və Polşa Portuqaliya ilə üz-üzə gəldi. Polşa təmsilçisi Levandovski 2-ci dәqiqәdә hesabı açdı. Portuqaliya 33-cü dәqiqәdə, Renato Sançesin qolu ilə hesabı bərabərləşdirdi. Əlavə vaxtın ilk hissəsində hesab dəyişmədi və hakim penalti seriyaları təyin etdi. 11 metrlik cərimə zərbələri seriyasında Portuqaliya daha dəqiq oldu və adını yarımfinala yazdı.