İDMAN


AVRO-2016: Fransa - İslandiya 5:2 YENİLƏNİB

Fransalı oyunçu Oliviye Jiru 12-ci dәqiqәdә hesabı açdı. Sonra Pol Poqba 20-ci, Dmitri Paye 43-cü, Antuan Qrizman isə hesabı 45-ci dəqiqədə 4:0 etdi. İslandiya hesab arasındakı fərqi azaltdı, Siqtersson 56-cı dəqiqədə fərqləndi. Fransanın oyunçusu Oliviye Jiru isə yenidən 59-cu dəqiqədə hesabı artırdı. İslandiya isə 84-cü dəqiqədə yenidən fərqi azaltdı. Bu dəfə islandiyalı Byarnason fərqləndi - 5:2.