Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülüstan türbəsi bərpa olunub

04.07.2016 [17:57]

Gülüstan türbəsi - Dünya əhəmiyyətli tikilidir. Bu abidə orta əsrlər Cuğa şəhərinin xarabalıqları ərazisi – indiki Culfa rayonunda yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub.