Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səmti müəyyən etmə: İdmançılarımız Bakıda və Azərbaycanın bölgələrində

05.07.2016 [14:00]

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası bu idman növü barədə videoçarx təqdim edib. Videoçarxda xəritə oxumaq, kompasdan düzgün istifadə etmək, çətinlikdən qorxmamaq, tez bir zamanda qərar qəbul etmək kimi bacarıqlar əks olunub. Layihə, əsasən hərbçilərə öyrədilən bacarıqların və səmti müəyyən etmənin gənclər arasında da populyarlaşması məqsədi daşıyır.