Avropa çempionatının ilk günü güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb
20.07.2016 [11:42]
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatının ilk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.