Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclər və idman naziri Göygöldə vətəndaşları qəbul edib

20.07.2016 [14:00]

Xəbərin mətni
İyulun 20-də gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edib. AZƏRTAC xəbər verir ki, qəbulda Gəncə və Naftalan şəhərlərindən, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarından olan sakinlər iştirak edib.