Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qəbələ” və “Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində cavab matçı olacaq

21.07.2016 [16:38]

Xəbərin mətni
Bu gün “Qəbələ” və “Neftçi” futbol klubları Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirəcəklər. Roman Qriqorçukun komandası Macarıstanın MTK klubu ilə ev matçına çıxacaq. Səfərdə 2:1 hesabı ilə üstünlük qazanan “Qəbələ”nin mərhələ keçmək şansı yüksəkdir.