Güləşçilərimiz Olimpiadaya hazırlığın son mərhələsində
22.07.2016 [14:40]
Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları avqustun 5-də başlayacaq, güləş yarışları isə 14-21 avqust tarixlərində baş tutacaq.
Yunan-Roma güləşçilərimiz Bakıda Mərakeş komandasının üzvləri ilə hazırlaşır. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.