İDMAN


Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci gününə start verilib

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının iyulun 23-də ikinci gününə start verilib. Yarışın ikinci günündə gimnastlar gürzlər və lentlə fərdi proqram üzrə çıxış edirlər. Bu proqram üzrə yarışlarda Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar.