İDMAN


Bu gün “Qəbələ” UEFA Avropa Liqasında “Lill” klubu ilə ilk oyununu keçirəcək

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Turnirdə yeganə təmsilçimiz “Qəbələ” çətin səfər matçına çıxacaq. Roman Qriqorçukun komandası Fransanın güclü klublarından olan “Lill”in qonağı olacaq. Lill şəhərindəki “Metropol Arena”da oynanılacaq matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.