MƏDƏNİYYƏT


Biz də hamı kimiyik
Rəssamlıqla məşğul olan fiziki məhdudiyyətli gənc

24 yaşlı Cavid Həsənli neçə illərdir ki, revmatoid artrit xəstəliyindən əziyyət çəkir. Xəstəlik səbəbindən əl və ayaq funksiyalarını qismən itirən gənc buna baxmayaraq çox sevdiyi rəssamlıqla məşğul olur. Bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Rəngkarlıq" fakültəsinə qəbul olan Cavid rəssamlığa həvəsindən danışır.