MƏDƏNİYYƏT


85 yaşlı model: səhnədə, dikdaban ayaqqabılarda ölmək istəyirəm

Bu sözləri 1931-ci ildə doğulmuş, 1945-ci ildən podiumda olan məşhur amerikalı top-model Karmen Dellorefis özünün rəsmi facebook səhifəsində yazıb. Moda biznesi veteranının karyeri 15 yaşında, "Vogue" jurnalının üz qabığı üçün foto ilə başlayıb. Karmen indi də cazibədardır. Belə ki, dünyanın ən məşhur moda evləri 85 yaşlı modeli podiuma dəvət etməyi özlərinə şərəf bilirlər.