MƏDƏNİYYƏT


“Jara-2017” Beynəlxalq Musiqi Festivalı 27-30 iyulda keçiriləcək

Bakıda baş tutacaq “Jara-2017” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə müğənni-bəstəkar Emin Ağalarov özünün rəsmi “Instagram” hesabında məlumat yayıb. Ölkəmizdə ikinci dəfə baş tutacaq bu festival gələn il iyulun 27-dən 30-na kimi baş tutacaq. Festivala biletlər isə artıq sentyabrın 12-dən satışa çıxarılacaq.