Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda sulu qar yağacağı gözlənilir

29.01.2017 [15:42]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.