Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah qar yağacaq, yollar buz bağlayacaq

31.01.2017 [12:46]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Havanın temperaturu Abşeronda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.