CƏMİYYƏT


AZƏRTAC hadisə yerindən xəbər verir: “Otman bozdağ” vulkanında alovun hündürlüyü 300 metrə çatıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov AZƏRTAC-ın hadisə yerində olan müxbirlərinə bildirib ki, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Vulkan iki fazada püskürüb. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib.