Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatlar Cocuq Mərcanlıda - AZƏRTAC-ın REPORTAJI

15.02.2017 [23:17]

Xəbərin mətni
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində səfərdə olublar. AZƏRTAC xəbər verir ki, 60-a yaxın nümayəndə Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.