Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində qar yağacaq

16.02.2017 [12:53]

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.