Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarlı hava şəraiti sabaha qədər davam edəcək

17.02.2017 [11:43]

Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti fevralın 18-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, hazırda həm paytaxtda, həm də bölgələrdə qarlı hava şəraiti davam edir, bəzi yerlərdə intensiv xarakter daşıyır.