Sabah ölkə ərazisində 17 dərəcə isti olacaq
06.03.2017 [12:48]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.