CƏMİYYƏT


Sabah Bakıda 18 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.