Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının İcraedici Kollegiyasının 25-ci iclası keçirilib

06.04.2017 [16:04]

Xəbərin mətni
İclasda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı haqqında məlumat verilib və müzakirələr aparılıb. İştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərindən razı qaldıqlarını bildiriblər. Toplantıda, həmçinin 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi qeyd olunub.