Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yağmurlu hava sabah da davam edəcək

10.04.2017 [13:08]

Aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.