MƏDƏNİYYƏT


Xalq Artisti Fuad Poladov dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. AZƏRTAC xəbər verir ki, görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq Artisti Fuad Poladov dünyasını dəyişib. 1948-ci ildə Bakıda anadan olan aktyor sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib. ktyor, həm də bir çox kinofilmlərdə bədii obrazlar yaradıb.