Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq

02.05.2017 [13:36]

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.