Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah hava yağmursuz olacaq

12.05.2017 [13:47]

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.