İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalı Rəfael Ağayev qazandı
13.05.2017 [22:16]
Xəbərin mətni
Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar.
AZƏRTAC xəbər verir ki, kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.