Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fəridə Abiyeva IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

13.05.2017 [22:59]

Xəbərin mətni
Mayın 13-də Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar. Karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abiyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub. Bununla da F.Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.