Azərbaycan Dövlət İnformasiya Agentliyi

XƏBƏRDARLIQ: iki gün ərzində hava qeyri-sabit olacaq

26.05.2017 [13:02]

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, mayın 27-28-də bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.