Sabah bəzi yerlərdə yağış yağacaq
21.06.2017 [12:53]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə Abşeronda 18-20, gündüz 22-25 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.