Sabah Bakıda hava yağmursuz olacaq
23.06.2017 [13:29]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir.
Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.