Azərbaycan Dövlət İnformasiya Agentliyi

Formula-1 Azərbaycan Qran-Prisinə start verilib

25.06.2017 [18:17]

Xəbərin mətni
İyunun 25-də Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar.