Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Azərbaycanda 42 dərəcəyədək isti olacaq

03.07.2017 [12:03]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.